Əsas məzmuna keç

Azərbaycanda 6 dövlət qurumunun saytının fəaliyyəti müvəqqəti dayandırılıb

Azərbaycanda 6 dövlət qurumunun saytının fəaliyyəti müvəqqəti dayandırılıb

İnformasiya təhlükəsizliyi tələblərinə cavab vermədiyindən 6 dövlət informasiya ehtiyatının fəaliyyəti Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət tərəfindən dayandırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Dövlət Xidmətindən məlumat verilib.

audit yoxlamaları nəticəsində müəyyən edilmiş risklərinin aradan qaldırılmaması səbəbindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin http://ayl.eco.gov.az, Xarici İşlər Nazirliyinin http://aida.mfa.gov.az və http://nakhchivan.mfa.gov.az, Rayon Gənclər və İdman İdarəsinin http://qusar-gii.gov.az, Gəncə Avtomobil Zavodunun http://ganjaauto.gov.az və İsmayıllı Rayon Bələdiyyəsinin http://ismayilli-bl.gov.az elektron informasiya ehtiyatının fəaliyəti dayandırılıb.

Sözügedən saytlarda infomasiya təhlükəsizliyi üzrə aidiyyəti qurumlar tərəfindən aradan qaldırıldıqdan sonra onların fəaliyyəti bərpa ediləcək.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…