Əsas məzmuna keç

Azərbaycana narkotik keçirməyə çalışan İran vətəndaşları saxlanılıb

Azərbaycana narkotik keçirməyə çalışan İran vətəndaşları saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsi İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb. Bu...

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “” sərhəd dəstəsi İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısını alıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə DSX-dən məlumat verilib.

Bildirilib ki, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun Hamoşam kəndi yaxınlığında yerləşən sərhəd zastavasının ərazisində 2 nəfər naməlum şəxs tərəfindən narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Respublikasına keçirilməsinin qarşısı alınıb.

Araşdırma zamanı şəxslərin İran İslam Respublikası vətəndaşları − 1968-ci il təvəllüdlü Cəmşidi Qulamrza Qaçaq oğlu və 1988-ci il təvəllüdlü Yusifzadə Siyamək Səmədulla oğlu olduğu müəyyən edilib.

Saxlanılan şəxslərin üzərlərinə baxış zamanı ümumi çəkisi 8 kiloqram 75 qram marixuana və 2 ədəd güclü təsiredici vasitə hesab edilən Metadon M - 40 həbi aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…