Operativ Məlumat Mərkəzi

Azərbaycana 54 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

1 dəq
Paylaş:
Azərbaycana 54 kq narkotik vasitənin keçirilməsinin qarşısı alınıb

İyulun 14-də, saat 08:20-də Dövlət Sərhəd Xidmətinin “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Böyük Bəhmənli kəndinin yaxınlığındakı sərhəd zastavasının ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində külli miqdarda narkotik vasitənin dövlət sərhədindən yolu ilə Azərbaycana keçirilməsinin qarşısı alınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, sərhəd axtarışı və tədbirləri nəticəsində ümumi çəkisi 53 kiloqram 700 qram marixuana aşkar olunaraq götürülmüşdür.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax