Operativ Məlumat Mərkəzi

Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşüb

2 dəq
Paylaş:
Azərbaycan və Türkiyə HDQ nümayəndələri Bakıda görüşüb

Hərbi Dəniz Qüvvələrinin (HDQ) Naviqasiya Hidroqrafiya və Okeanoqrafiya İdarəsinin Azərbaycana səfər edib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM" xəbərə görə, HDQ-nin qərargahında keçirilən görüş zamanı yeni nəsil elektron naviqasiya məlumatlarının hazırlanması, standartların tətbiqi və təcrübə mübadiləsi ilə bağlı məsələlər müzakirə olunub.

Səfər proqramı çərçivəsində Türkiyə nümayəndə heyəti Azərbaycan HDQ-sinin Hidroqrafiya İdarəsinin mütəxəssisləri ilə hidroqrafik məlumatların toplanması və emalı, S-101 ENC xəritələrinin hazırlanması, eləcə də S-100 çərçivəsində rəqəmsal naviqasiya sistemlərinin inkişafı mövzularında fikir mübadiləsi aparıb, təcrübələrini bölüşüblər.

Tərəflər bu kimi görüşlərin Azərbaycan və Türkiyə arasındakı mövcud əməkdaşlığın daha da dərinləşdirilməsinə, iki ölkə arasında hidroqrafiya, naviqasiya və okeanoqrafiya sahələrində birgə fəaliyyət imkanlarının genişləndirilməsinə mühüm töhfə verdiyini qeyd ediblər.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax