Operativ Məlumat Mərkəzi

Azərbaycan və Rumıniya arasında media əməkdaşlığı müzakirə olunub

2 dəq
Paylaş:
Azərbaycan və Rumıniya arasında media əməkdaşlığı müzakirə olunub

Medianın İnkişafı Agentliyində (MEDİA) və Rumıniya arasında media əməkdaşlığının genişləndirilməsi müzakirə olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, görüşdə Rumıniya Senatının və media komitəsinin sədri, Rumıniya-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Auqustin Nikulesku-Tsıqırlaşın rəhbərlik etdiyi iştirak edib.

Görüşdə MEDİA-nın İcraçı direktoru Əhməd İsmayılov Azərbaycan və Rumıniya arasında əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişaf etdiyini qeyd edib. Həmçinin media sahəsində tərəfdaşlığın genişləndirilməsinin əhəmiyyətinə diqqət çəkib.

O, “Media haqqında” qanunun tətbiqi və bundan irəli gələn bir sıra məsələlər, habelə media savadlılığının artırılması ilə bağlı həyata keçirilən tədbirlərdən bəhs edib, kütləvi informasiyanın istehlakçı tərəfindən təhlilinin vacibliyini vurğulayıb.

Şuranın sədri İsmət Səttarov isə audiovizual media sahəsində mövcud əməkdaşlığı diqqətə çatdıraraq bu istiqamətdə təcrübə mübadiləsinin və ortaq layihələrin həyata keçirilməsinin zəruri olduğunu bildirib.

Rumıniya Senatının Mədəniyyət və media komitəsinin sədri Kristian-Auqustin Nikulesku-Tsıqırlaş tərəflər arasında təcrübə və resurs mübadiləsinin təşviqinin, eyni zamanda dezinformasiyaya qarşı mübarizə və media savadlılığının artırılması istiqamətlərində birgə təşəbbüslərin mühüm önəm daşıdığını bildirib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax