Operativ Məlumat Mərkəzi

Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

2 dəq
Paylaş:
Azərbaycan və İtaliyanın Baş Qərargah rəisləri görüşüb

İtaliyada rəsmi səfərdə olan müdafiə nazirinin birinci müavini – Ordusunun Baş rəisi general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi ilə birgə Venesiya meydanında ucaldılmış Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini yad edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində fəxri qarovulun önündən keçiddən sonra hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniş tərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax