Əsas məzmuna keç

Azərbaycan və Albaniya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və Albaniya iqtisadi əməkdaşlığı genişləndirməyi müzakirə edib

Azərbaycan və Albaniya arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib. "Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat...

arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, nazir Mikayıl Cabbarov Albaniyanın Baş nazirinin müavini, infrastruktur və energetika naziri xanım Belinda Balluku ilə görüş keçirib. Görüşdə ölkələrarası münasibətlərin inkişafında dövlət başçılarının sıx təmaslarının xüsusi rolu, qarşılıqlı səfərlərin əhəmiyyəti vurğulanıb. Bu ilin mart ayında Azərbaycan Hökuməti ilə Albaniya Nazirlər Şurası arasında imzalanmış iqtisadi haqqında Saziş ticarət, investisiya, enerji, , infrastruktur, və digər istiqamətlər üzrə əlaqələrin inkişafına yönəlmiş növbəti addım kimi qiymətləndirilib. İkitərəfli münasibətlərin inkişafı üçün mövcud imkanların təhlil edilməsi və qiymətləndirilməsinin, biznes dairələri arasında işbirliyinin vacibliyi qeyd edilib. Həmçinin turizm sahəsində əməkdaşlığın genişləndirilməsinə maraq ifadə edilib.

Tərəflər iqtisadi sahədə birgə fəaliyyət, səmərəli enerji tərəfdaşlığı və ikitərəfli investisiyaların təşviqi məsələləri barədə fikir mübadiləsi aparıblar.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…