Operativ Məlumat Mərkəzi

Azərbaycan universitetləri nüfuzlu beynəlxalq reytinqdə

2 dəq
Paylaş:
Azərbaycan universitetləri nüfuzlu beynəlxalq reytinqdə

Dünyanın ən nüfuzlu reytinq təşkilatlarından biri olan “Times Higher Education” (THE) agentliyi tərəfindən “THE Impact 2025” reytinqinin nəticələri (https://www.timeshighereducation.com/impactrankings) açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu reytinq universitetlərin fəaliyyətini Təşkilatının Dayanıqlı İnkişaf Məqsədlərinə (DİM) əsasən 17 istiqamət və ümumi reytinq olmaqla 18 reytinq cədvəli üzrə qiymətləndirir.

Bu il sözügedən reytinqdə təmsil olunan universitetlərinin sayı 18-dən 28-ə yüksəlib. Bu, ötən illə müqayisədə 1.5 dəfə artım deməkdir.

Sözügedən 28 universitetdən 25-i ümumi reytinq cədvəlində yer alır.

Reytinqə daxil olan universitetlərin sayı ölkə üzrə fəaliyyət göstərən müəssisələrinin təxminən 60 %-ni təşkil edir.

Müqayisə üçün qeyd edək ki, bu göstərici Cənubi Qafqaz və Mərkəzi Asiya regionu üzrə orta hesabla 5–35 % arasında dəyişir.

Bu baxımdan Azərbaycanın nəticəsi həm , həm də kontekstdə diqqətəlayiqdir.

Bakı Dövlət Universiteti və Xəzər Universiteti ümumi reytinqdə ölkə üzrə ən yüksək nəticə göstərərək 401–600 aralığında qərarlaşıb. Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Ali Neft Məktəbi isə ümumi reytinqdə ölkə üzrə 2-ci sırada (801-1000 diapazonu) yer alır.

Ümumilikdə isə Azərbaycan bu reytinqdə 5 DİM üzrə regional lider mövqeyini qoruyur. Xüsusilə DİM 1 – Yoxsulluğa son və DİM 10 – Bərabərsizliyin azaldılması istiqamətləri üzrə Azərbaycan universitetləri dünya üzrə TOP 60-lıqda yer alıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax