Operativ Məlumat Mərkəzi

Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub

1 dəq
Paylaş:
Azərbaycan Standartlaşdırma İnstitutuna direktor əvəzi təyin olunub

İqtisadiyyat Nazirliyi yanında və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan Standartlaşdırma İnstitutuna () əvəz təyin olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu, İnstitutun direktor müavini olan Kəmalə Məmmədzadədir.

O, AZSTANDART-ın rəhbərliyində bir qədər əvvəl Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini təyin edilmiş İlham Bayramovu əvəz edib.

Xatırladaq ki, AZSTAND ölkə prezidentinin 10 fevral 2017-ci il tarixli fərmanı ilə yaradılıb. Onun nizamnamə kapitalı 3,323 milyon manatdır. İnstitut standartların hazırlanması, tətbiqi, bu sahədə təşkilatlarda təmsilçiliklə məşğuldur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax