Operativ Məlumat Mərkəzi

Azərbaycan Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb

2 dəq
Paylaş:
Azərbaycan Prezidenti Mahmud Abbasa təbrik ünvanlayıb

İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasa göndərib.


"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təbrikdə deyilir:

"Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.

Biz bundan sonra da Fələstinə lazımi göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və gələcəkdə də uğurla inkişaf edəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax