Operativ Məlumat Mərkəzi

Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib

1 dəq
Paylaş:
Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib

İqtisadiyyat naziri Cabbarovun etdiyi nümayəndə heyətinin Özbəkistana səfəri çərçivəsində - İnvestisiya Şirkətinin Müşahidə Şurasının iclası keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" nazirliyə istinadən xəbər verir ki, tədbirdə Özbəkistanla iqtisadi sahədə əlaqələrin yüksələn xətt üzrə inkişaf etdiyi vurğulanıb.

Bu baxımdan uğurlu birgə layihələrin, qarşılıqlı sərmayə yatırımlarının əhəmiyyəti qeyd olunub. Ümumi kapitalı 500 milyon ABŞ dolları olan Azərbaycan-Özbəkistan İnvestisiya Şirkətinin ölkələrimizin biznes dairələri arasında əməkdaşlığın, ticarət əlaqələrinin inkişafına yeni təkan verəcəyi bildirilib. Tədbirdə strateji investisiyaların artımı və ikitərəfli əlaqələrin gücləndirilməsi imkanları nəzərdən keçirilib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax