Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

Azərbaycan və Türkiyə iqtisadi tərəfdaşlığın genişləndirilməsini müzakirə edib
10.07.2024 11:52
Aa
dəq

Azərbaycan və Türkiyə arasında iqtisadi tərəfdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə İqtisadiyyat Nazirliyinə istinadən xəbər verir.

Məlumata görə, Rusiyanın Yekaterinburq şəhərinə işgüzar səfər çərçivəsində nazirin I müavini Elnur Əliyev Türkiyənin sənaye və texnologiya nazirinin müavini Ahmet Yozqatlıgil ilə görüş keçirib. Görüşdə Türkiyə ilə Azərbaycan arasında tərəfdaşlığın bütün istiqamətlər üzrə gücləndiyi vurğulanıb. İqtisadi münasibətlərin daha da genişləndirilməsi üçün qarşılıqlı investisiya qoyuluşu, sənaye və texnologiya sahələrində təcrübə mübadiləsi, eləcə də digər istiqamətlər üzrə əməkdaşlığın möhkəmləndirilməsi imkanları qeyd edilib. Tərəflər ölkələrimiz arasında sənaye və yüksək texnologiyalar sahələrində reallaşdırılan təşəbbüslərin hər iki ölkənin dayanıqlı iqtisadi inkişafının təmin edilməsində önəmini vurğulayıblar.

Görüşdə iqtisadi-ticarət əlaqələrinin genişləndirilməsi, türk iş adamlarının Azərbaycanda həyata keçirilən yeni layihələrdə iştirakı, sənaye parkları və məhəllələrinə investisiya yatırılması barədə fikir mübadiləsi aparılıb.

Həftənin ən çox oxunanları

Baş prokuror vətəndaşları dinlədi, tapşırıqlar verdi - FOTO

Baş prokuror vətəndaşları dinlədi, tapşırıqlar verdi - FOTO
DAVAMIN OXU davamın oxu

Parlament seçkilərinə 4 nəfərin namizədliyi qeydə alınıb

Parlament seçkilərinə 4 nəfərin namizədliyi qeydə alınıb
DAVAMIN OXU davamın oxu

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirib

Vilayət Eyvazov Qubada vətəndaş qəbulu keçirib
DAVAMIN OXU davamın oxu

Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilir

Şuşada “İslam dünyasında qadınlar: ənənələr və çağırışlar” mövzusunda konfrans keçirilir
DAVAMIN OXU davamın oxu

YAP-ın deputatlığa namizədlərinin SİYAHISI

YAP-ın deputatlığa namizədlərinin SİYAHISI
DAVAMIN OXU davamın oxu