Əsas məzmuna keç

Azərbaycan Ordusunun təlimlərində reaktiv yaylım atəşi sistemindən döyüş atışları icra edilib

Azərbaycan Ordusunun təlimlərində reaktiv yaylım atəşi sistemindən döyüş atışları icra edilib

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Azərbaycan Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz...

Müdafiə nazirinin təsdiq etdiyi 2023-cü ilin hazırlıq planına əsasən Ordusunun Raket və Artilleriya Qoşunlarının bölmələri ilə gecə və gündüz vaxtı keçirilən atışlı taktiki təlimlər davam edir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Plana uyğun olaraq daimi dislokasiya məntəqələrindən cəmləşmə rayonlarına çıxarılan artilleriya divizionlarının tədris-maddi bazası, şəxsi heyətin təchizatı, fərdi və qrup halında normativlərin səviyyəsi yoxlanılıb.

Daha sonra bölmələr atəş mövqelərini tutaraq atəşi sistemi və artilleriya qurğularından döyüş atışları icra ediblər.

Bölmələrin praktiki vərdişlərinin təkmilləşdirilməsi və şəxsi heyətin döyüş qabiliyyətinin artırılması məqsədilə keçirilən təlimlərdə şərti düşmən hədəfləri dəqiq atəş zərbələri ilə məhv edilib.

Müəllif

Sosial məsələlər müxbiri

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…