Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunun mövqeləri yenidən intensiv atəşə tutulub

2 dəq
Paylaş:
Azərbaycan Ordusunun mövqeləri yenidən intensiv atəşə tutulub

İyunun 17-si saat 14:30-dan 14:55-dək silahlı qüvvələrinin bölmələri yenidən Ordusunun və Laçın rayonları istiqamətlərində mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-yə Müdafiə Nazirliyindən məlumat verilib.

Ordumuzun qeyd olunan istiqamətlərdə yerləşən bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri mülki geyimdə Ağdam rayonu istiqamətində yerləşən mövqelərimizin qarşısında uzunmüddətli fortifikasiya qurğularını quraşdırmağa cəhd göstəriblər.

Bölmələrimiz tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində aparılan işlər dərhal dayandırılıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hərbi Siyasət

Hamısına bax