Əsas məzmuna keç

Azərbaycan Ordusunun hərbi pilotları təlim-məşq uçuşları keçiriblər

Azərbaycan Ordusunun hərbi pilotları təlim-məşq uçuşları keçiriblər

2025-ci ilin hazırlıq planına əsasən, Hava Qüvvələrinin () bölmələri ilə təlim-məşq uçuşları həyata keçirilib.

Müdafiə Nazirliyindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, uçuşlardan əvvəl şəxsi heyətin nəzəri bilikləri yoxlanılıb, hərbi pilotlara uçuşunun şərtləri və qaydaları çatdırılıb. Daha sonra helikopterlərə nəzarət baxışı keçirilib.

Bazalanma aerodromlarından müəyyən edilmiş marşrutlar üzrə uçuşlar edən helikopterlər havaya qalxma və yerə enmə, hava kəşfiyyatının aparılması, eləcə də digər fəaliyyətlər üzrə tapşırıqları yerinə yetiriblər.
Təlim-məşq uçuşlarında yüksək peşəkarlıq nümayiş etdirən hərbi pilotlar qarşıya qoyulan tapşırıqları müvəffəqiyyətlə icra ediblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…