Əsas məzmuna keç

Azərbaycan Ordusunun bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir

Azərbaycan Ordusunun bölmələri ilə yeni tədris dövrünün məşğələləri keçirilir

Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin qarşıya qoyduğu tələblərə, müdafiə nazirinin əmr və sərəncamlarına əsasən qoşunların döyüş hazırlığının yüksək səviyyədə saxlanılması məqsədilə Azərbaycan Ordusunda təlim-tədris prosesi davam etdirilir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, yeni dövrünün başlanması ilə əlaqədar hissələrdə döyüşə hazırolma üzrə tədbirlər həyata keçirilir.

Tədbirlər zamanı bölmələrin həyəcan siqnalı ilə qaldırılaraq döyüşə hazır vəziyyətə gətirilməsi üzrə tapşırıqlar məşq etdirilir.

Qeyd edək ki, 2024-cü ilin hazırlıq planına əsasən, bölmələrin daimi dislokasiya məntəqələrini tərk edərək mərkəzlərinə və ümumqoşun poliqonlarına hərəkəti də nəzərdə tutulub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…