Operativ Məlumat Mərkəzi

Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

2 dəq
Paylaş:
Azərbaycan Ordusunda məharət dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir

general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi hazırlıq planına əsasən, zabit, gizir və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularına dərəcələrinin verilməsi üzrə sınaq imtahanları keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə məlumat yayıb.

İmtahanlar Ordusunun müxtəlif təlim mərkəzlərində sinif otaqları və çöl-səhra şəraitində keçirilir. Sınaqlara cəlb edilən şəxsi heyətin ümumqoşun nizamnamələri, həmçinin rəhbəredici və digər normativ sənədlərlə bağlı bilikləri, fiziki və sıra hazırlıqları yoxlanılır.

Eyni zamanda, hərbi qulluqçular silahlanmada olan texnikasının ştat silahından və atıcı silahlardan təyin edilmiş hədəflərə müxtəlif məsafələrdən atəş açılması, eləcə də döyüş maşınlarının və avtomobil texnikasının idarə edilməsi üzrə yoxlama tapşırıqlarını yerinə yetirirlər.

Şəxsi heyətin döyüş hazırlığının, ixtisaslara uyğun bilik və bacarıqlarının yoxlanılması, həmçinin peşəkarlığının qiymətləndirilməsi məqsədilə keçirilən imtahanlar davam edir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Multimedia

Hamısına bax