Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a dəvət edib

2 dəq
Paylaş:
Azərbaycan lideri bolqarıstanlı həmkarını COP29-a dəvət edib

İlham Əliyev Prezidenti Rumen Radevi bu il Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştiraka dəvət edib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, bu barədə bolqarıstanlı həmkarı ilə geniş tərkibdə görüşü zamanı deyib.

Dövlət başçısı söyləyib ki, hazırda Bolqarıstan və təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır.

"Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək", - dövlət başçısı qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax