Operativ Məlumat Mərkəzi

Azərbaycan lideri: Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb

1 dəq
Paylaş:
Azərbaycan lideri: Aktau-Ceyhan marşrutu üzrə ildə 1,5 milyon ton Qazaxıstan neftinin tranziti ilə bağlı baş saziş imzalanıb

Neft-qaz sektorunda SOCAR ilə "KazMunayQaz" Milli Şirkəti arasında Aktau- marşrutu üzrə ildə 1,5 milyon ton neftinin tranziti ilə bağlı baş saziş imzalanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə İlham Əliyev "Kazinform"a müsahibəsində bildirib.

Prezident 2024-cü ildə tranzit həcminin mərhələli şəkildə artırılması və tariflərin azaldılması haqqında sazişin də imzalandığını xatırladıb.

Prezidentinin sözlərinə görə, Aktau və Ələt limanları vasitəsilə nəqliyyatın səmərəliliyini artırmaq üçün infrastrukturun modernləşdirilməsi və s. tədbirlər həyata keçirilir ki, bu da Orta Dəhlizin Avropa ilə Asiya arasında əsas tranzit yolu kimi mövqeyini möhkəmləndirəcək.

Prezident İlham Əliyev sənaye əməkdaşlığında gəmiqayırma sənayesindəki tərəfdaşlığın da vacib bir sahə olduğunu diqqətə çatdırıb.

onu da qeyd edib ki, "yaşıl" enerjinin inkişafı ikitərəfli gündəmdə mühüm rol oynayır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax