Operativ Məlumat Mərkəzi

"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb"

2 dəq
Paylaş:
"Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı 81,4 faizə çatıb"

Bu gün iqtisadiyyatının qarşısında duran əsas məqsəd onun şaxələndirilməsidir. Son 20 ildə həyata keçirilən islahatlar şəffaflığı təmin edib, əlverişli biznes mühitinin yaranmasına səbəb olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri Azərbaycan Prezidentinin köməkçisi, Administrasiyasının İqtisadi məsələlər və innovativ siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov “Gömrük-Biznes Forumu 2025: Dialoq və Etimad” adlı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatında qeyri-neft sektorunun payı yüksələn xətlə inkişaf edərək 81,4 faizə çatıb.

“Qeyri-neft sektorunun 2 dəfə artması ölkədə biznes mühitinin səmərəli şəkildə formalaşdığını deməyə əsas verir. Hazırda Azərbaycan 10 ölkə ilə ticarət sazişi imzalayıb. Bu sazişlər ticarətin daha da genişlənməsinə imkan verir. “Şərq-Qərb” və “Şimal-Cənub” dəhlizlərinin fəaliyyətinin təkmilləşməsi gömrükdə rəqəmsal sistemin tətbiq edilməsi ilə təmin olunub”, - deyə Şahmar Mövsümov vurğulayıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Energetika və Sənaye

Hamısına bax