Operativ Məlumat Mərkəzi

Azərbaycan güləşçisi dünya çempionu olub - 06.08.2023

1 dəq
Paylaş:
Azərbaycan güləşçisi dünya çempionu olub - 06.08.2023

Türkiyənin İstanbul şəhərində güləş üzrə U-17 davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yarışın 5-ci günündə sərbəst güləş üzrə mübarizəyə start verilib.

Yarışda 100 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçisi Yusif bütün rəqiblərinə qalib gələrək dünya çempionu olub.

O, ilk görüşündə özbəkistanlı Eldorbek Xasanova tam üstünlüklə (11:0) qalib gəlib. çempionumuz dörddəbir finalda gürcüstanlı Aleksandr Abramişviliyə gücünü göstərib - 4:1. Yusif yarımfinalda ermənistanlı Henrik Haykyanı 6:2 ilə üstələyərək adını finala yazdırıb. Həlledici görüşdə qazaxıstanlı Yedige Kassimbeklə qarşılaşan idmançımız rəqibini 4:2 hesabı ilə məğlub edib.

Beləliklə, Yusif Dursunov Avropa çempionluğunun ardınca dünya çempionu tituluna da yiyələnib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax