Operativ Məlumat Mərkəzi

Azərbaycan gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa dəvət olunub

2 dəq
Paylaş:
Azərbaycan gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa dəvət olunub

gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoqa olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Əl-Əzhəri Şərifin şeyxi Məhəmməd Əhməd Əl Tayyib İlham Əliyevin qəbulunda olarkən məlumat verib.

O, region ölkələri ilə əlaqələrin yaxşılaşdırılmasında Azərbaycanın xüsusi rolunun olduğunu deyərək gələn ilin fevralında Bəhreyndə keçiriləcək dinlərarası dialoq və sünni-şiə dialoqunda Azərbaycanın iştirakını gözlədiyini qeyd edib. Sünni-şiə dialoqunda Azərbaycanın çox uğurlu təcrübəsinin olduğunu deyən qonaq Azərbaycanın həmçinin müxtəlif dinlərin nümayəndələri arasında münasibətlərdə və harmoniyada da uğurlu təcrübəsinin mövcudluğunu məmnunluqla söyləyib.

Azərbaycan nümayəndə heyətinin Bəhreyndə keçiriləcək tədbirdə fəal iştirak edəcəyini bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax