Operativ Məlumat Mərkəzi

Azərbaycan Estoniyaya qalib gəlib

1 dəq
Paylaş:
Azərbaycan Estoniyaya qalib gəlib

üzrə millisi AVRO-2024-ün seçmə mərhələsində beşinci keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Canni De Byazinin olduğu kollektiv Tallində Estoniyanın qonağı olub.

“A. Le Koq Arena”da oynanılan qarşılaşma yığmamızın 2:0 hesablı qələbəsi ilə bitib.

Matçda hesab 9-cu dəqiqədə açılıb. Elvin Cəfərquliyevin sol cinahdan ötürdüyü topu Toral Bayramov başla tora göndərib. 45+4-cü dəqiqədə fərq iki topa çatıb. Bu dəfə Ramil qazanılan penaltini dəqiq yerinə yetirib.

Qarşılaşmanın ikinci hissəsində komandaların cəhdləri bir nəticə verməyib və millimiz seçmə mərhələdə ilk qalibiyyətini əldə edib. Bununla F qrupunda yer alan Azərbaycan yığması xallarının sayını 4-ə yüksəldib. Sonuncu pillədəki Estoniya isə 1 xalda qalıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax