Əsas məzmuna keç

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

Azərbaycan 42-ci İstanbul Beynəlxalq Kitab Sərgisində təmsil olunur

TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının  nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər...

Dekabrın 13-dən Türkiyənin İstanbul şəhərində 42-ci İstanbul Kitab Sərgisi fəaliyyətə başlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, TÜYAP Sərgi və Konqres Mərkəzində təşkil olunan və kitab dünyasının nüfuzlu beynəlxalq platformalarından biri hesab edilən sərgi bu il “Ədəbiyyatın hər halı” şüarı ilə keçirilir.

Respublikası Nazirliyi sərgidə naşirlər və yazarlardan ibarət ilə təmsil olunur. Sərgi çərçivəsində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin (Ankara) birgə təşəbbüsü ilə xüsusi Azərbaycan stendi qurulub.

Azərbaycan stendində ölkəmizin zəngin tarixi və mədəni irsini, eləcə də klassik və müasir Azərbaycan ədəbiyyatını əks etdirən, Azərbaycan və türkcəsində nəşr olunmuş kitablar nümayiş etdirilir. Ekspozisiya ziyarətçilərə Azərbaycan ədəbiyyatının çoxşaxəli inkişaf yolu və müasir ədəbi prosesi ilə yaxından tanış olmaq imkanı yaradır.

Dekabrın 21-dək davam edəcək sərgi çərçivəsində Azərbaycan və Türkiyənin alim, yazıçı və ədəbiyyatşünaslarının iştirakı ilə panel müzakirələri, kitab təqdimatları və imza günlərinin keçirilməsi nəzərdə tutulur. Bu tədbirlər iki qardaş ölkə arasında ədəbi və mədəni əməkdaşlığın daha da dərinləşdirilməsinə xidmət edir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…