Operativ Məlumat Mərkəzi

Aşqabadda MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçiriləcək

2 dəq
Paylaş:
Aşqabadda MDB-yə üzv ölkələrin hökumət başçılarının iclası keçiriləcək

Mayın 24-də Türkmənistanın paytaxtı Aşqabadda MDB-yə üzv ölkələrin Hökumət Başçıları Şurasının iclası keçiriləcək.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu barədə MDB İcraiyyə Komitəsinin məlumat yayıb.

“Fevralın 27-də Minskdə keçirilən görüşdə MDB-yə üzv dövlətlərin Daimi Səlahiyyətli Nümayəndələri Şurasının üzvləri MDB Hökumət Başçıları Şurasının mayın 24-də Aşqabadda keçiriləcək növbəti iclasının gündəliyinin layihəsinə dair təkliflərə baxacaqlar”, - məlumatda qeyd edilib.

Xatırladaq ki, MDB Hökumət Başçıları Şurasının əvvəlki iclası 2023-cü il oktyabrın sonunda Qırğızıstanın paytaxtı Bişkekdə baş tutub. O vaxt iclasda Rusiya, Belarus, Qırğızıstan, Qazaxıstan, , Tacikistan hökumət başçıları, , və Türkmənistanın baş nazirlərinin müavinləri, həmçinin Avrasiya İqtisadi İttifaqının strukturlarının və MDB İcraiyyə Komitəsinin nümayəndələri iştirak ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax