Operativ Məlumat Mərkəzi

Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi

2 dəq
Paylaş:
Arkadi Qukasyan: Robert Köçəryan “Krunq” təşkilatının üzvü idi

Bakı Məhkəməsində keçirilən məhkəmə prosesində şəxs Arkadi dövlət ittihamçılarının suallarını cavablandırarkən Respublikasının keçmiş prezidenti Köçəryanla bağlı da danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, o, 1988-ci ildə Qarabağda keçirilən mitinqlərdə əsas çıxışçının Arkadi Manveloviç Manuçarov olduğunu bildirərək deyib: “Robert Köçəryanın çıxışları yadımda deyil. Biz rus dilində təhsil aldığımız üçün mənim kimi, onun da ədəbi erməni dili ilə bağlı problemi var idi. Ola bilər ki, o, mitinqin təşkilatçılarından olub, çünki “Krunq” təşkilatının üzvü idi”.

Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax