Operativ Məlumat Mərkəzi

Arif Hacılının oğlu barəsində həbs qətimkan tədbiri seçilib

2 dəq
Paylaş:
Arif Hacılının oğlu barəsində həbs qətimkan tədbiri seçilib

Müsavat başqanı Arif Hacılının oğlu Orxan Hacılı məhkəmə qarşısına çıxarılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin məlumatına görə, prokuror onun barəsində ibtidai istintaq dövrü müddətində həbs qərarı verilməsini istəyib.

Məhkəmə təqdimatı əsaslı hesab edib. Qərara əsasən, O.Hacılı barəsində 2 aylıq həbs seçilib.

Xatırladaq ki, O.Hacılıya qarşı Cinayət Məcəlləsinin 263.1 ( vasitəsini idarə edən şəxs tərəfindən və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər dəydikdə) və 264-cü (yol-nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə ittiham elan olunub.

Qeyd edək, bir neçə gün öncə Orxan Hacılının Bakıda törətməsi barədə görüntülər yayılmışdı. Görüntülərdə “Honda” markalı avtomobilin manevr edərkən bir neçə avtomobilə çırpılması əks olunub. Onun hadisə zamanı sərxoş olduğu bildirilsə də, A.Hacılı açıqlamasında bunu təkzib edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax