Operativ Məlumat Mərkəzi

ARB-nin yayımı 3 saatlıq dayandırılacaq

1 dəq
Paylaş:
ARB-nin yayımı 3 saatlıq dayandırılacaq

13 yanvar 2026-cı il tarixində Respublikası Şurasının onlayn iclası keçirilmişdir. İclasda "ARB" kanalının efirində " haqqında" Qanunun pozulması faktı müzakirə olunub.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Audiovizual Şuradan məlumat verilib.

Belə ki, 10 yanvar tarixində kanalın efirində saat 23.00-23.55 arası yayımlanan "Səkkiz" serialında personajlardan biri söyüş məzmunlu ifadələrdən istifadə edib və yayım zamanı bu səsləndirmə texniki vasitələrlə məhdudlaşdırılmayıb. Beləliklə, "Media haqqında" Qanunun 14.1.6-cı maddəsinin tələbinin ( leksik (söyüş) məzmunlu söz və ifadələrdən, jestlərdən istifadəyə yol verilməməlidir) pozulması halı baş verib və pozuntu faktı Audiovizual Şuranın mütəxəssisləri tərəfindən təsbit olunub.

Qeyd olunanlar nəzərə alınaraq Audiovizual Şuranın üzvləri ARB kanalına qarşı sanksiya tətbiq edilməsi və kanalın yayımının 15 yanvar tarixində 3 dayandırlması barədə qərar qəbul edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Media

Hamısına bax