Operativ Məlumat Mərkəzi

AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib

2 dəq
Paylaş:
AQEM-in baş katibi Prezident İlham Əliyevi təbrik edib

Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Kayrat Sarıbay İlham Əliyevə ünvanlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

Zati-alinizin müdrik liderliyi və uzaqgörənliyi Respublikasının sabitliyinə, inkişafına və firavanlığına, eləcə də onun mövqeyinin güclənməsinə, regional və qlobal məsələlərdə konstruktiv iştirakının artmasına mühüm töhfə vermişdir.

Həmçinin Azərbaycanın Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirəyə sədrliyi dövründə fəal və konstruktiv roluna görə səmimi minnətdarlığımı bildirmək istərdim. Ölkənizin rolu təşkilatımızın prinsip və məqsədlərinin irəliləməsinə, eləcə də Asiyada sülh və dialoqun təşviqinə dəyərli töhfələr vermişdir.

Bu əlamətdar gün münasibətilə Zati-alinizə möhkəm cansağlığı, məsuliyyətli missiyanızda davamlı uğurlar, eləcə də qardaş Azərbaycan xalqına daha da çox tərəqqi və rifah arzulayıram.

Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax