Operativ Məlumat Mərkəzi

ANAMA sədri Britaniya səfiri ilə azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətini müzakirə edib

1 dəq
Paylaş:
ANAMA sədri Britaniya səfiri ilə azad olunmuş ərazilərdə minatəmizləmə fəaliyyətini müzakirə edib

Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Süleymanov Böyük və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli Fergus Auld ilə görüş keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-nin xəbərinə görə, görüşdə, tərəflər işğaldan azad edilmiş ərazilərdə icra edilən genişmiqyaslı minatəmizləmə və əlaqəli şəkildə aparılan bərpa-yenidənqurma fəaliyyəti, eləcə də minatəmizləmə sahəsində yerli və təşkilatların mümkün iştirakı barədə müzakirələr edib.

Görüş əsnasında Azərbaycanda mina təhlükəsi ilə mübarizə fəaliyyətinə Böyük Britaniyanın dəstəyi və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax