Əsas məzmuna keç

AMEA-nın ümumi yığıncağı keçirilir

AMEA-nın ümumi yığıncağı keçirilir

iclasda Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, elm və...

AMEA-nın Rəyasət Heyətinin binasında Milli Elmlər Akademiyasının ümumi yığıncağı keçirilir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, iclasda Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdir müavini Nigar Hacıyeva, elm və təhsil naziri , AMEA-nın Rəyasət Heyətinin üzvləri, dövlət və hökumət rəsmiləri, müəssisələrinin rektorları və digər qonaqlar iştirak edirlər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin AMEA-nın Rəyasət Heyətinin binasında yerləşən büstü önünə tər güllər düzülüb.

İclası AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli açaraq ümumi yığıncağın gündəliyindəki məsələləri diqqətə çatdırıb.

Akademiyanın prezidenti, akademik İsa Həbibbəyli “AMEA-da yeniləşmə prosesləri: struktur islahatlarından elmi-tədqiqatların yenidən təşkilinə, elektron hərəkata və elmi qurumlarda təmsil olunmağadək” mövzusunda məruzə ilə çıxış edir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…