Operativ Məlumat Mərkəzi

Almaniya Ukraynanı silahlarla təmin etməkdə davam edir

1 dəq
Paylaş:
Almaniya Ukraynanı silahlarla təmin etməkdə davam edir

Berlin Kiyevə "IRIS-T SLS" hava hücumundan , artilleriya mərmiləri, pilotsuz uçuş aparatları və digər silahlar çatdırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə hökumətinin saytı məlumat yayıb.

Son paketdə "IRIS-T SLS" zenit-raket kompleksindən əlavə 14 min 155 mm-lik artilleriya mərmisi, 10 yerüstü PUA, ehtiyat hissələri ilə birlikdə 26 Vektor kəşfiyyat PUA, 6 HMEE yükləyicisi və "Bergepanzer" 2 zirehli maşını, 700 ədəd MK 556 avtomat , 10 ədəd HLR 338 markalı snayper tüfəngi, 50 ədəd CR 308 tüfəngi, 55 min ədəd ilkin tibbi yardım çantası və partlayıcı maddələrin zərərsizləşdirilməsi üçün avadanlıq var.

Almaniya Ukraynaya ABŞ-dan sonra ikinci ən böyük silah tədarükçüsüdür. Berlin indiyədək Kiyevin dəstəyi və gələcək xərclər üçün 28 milyard avroya yaxın vəsait ayırıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax