Operativ Məlumat Mərkəzi

Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb

2 dəq
Paylaş:
Allahşükür Paşazadə İƏT-in baş katibi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə İslam Əməkdaşlıq təşkilatının Hüseyn İbrahim Taha ilə görüşüb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə idarədən məlumat verilib.

Görüşün əvvəlində Şeyxülislam Allahşükür Paşazadə Hüseyn İbrahim Tahaya İlham Əliyevin salamlarını çatdırıb, eləcə də bu yaxınlarda Mavritaniyada keçirilən İslam Əməkdaşlıq təşkilatının Xarici İşlər nazirlərinin görüşündə Azərbaycanın irəli sürdüyü beş qətnamənin qəbul olunmasına görə Tahaya və İƏT-ə xalqı adından təşəkkürünü bildirib.

Hüseyn İbrahim Taha öz növbəsində Azərbaycanla İƏT arasında inkişaf edən hərtərəfli əlaqələrin səviyyəsindən öz məmnunluğunu dilə gətirib, Azərbaycanın həm bu təşkilatda, həm də arenada fəal rolunu yüksək təqdir edib.

Həmçinin Hüseyn İbrahim Taha Azərbaycana ziyarətini, ölkə başçısı İlham Əliyevlə, dövlət rəsmiləri ilə, o cümlədən Şeyxülislamla Bakıdakı görüşlərini məmnuniyyətlə xatırlayaraq həmin görüşlərin onun qəlbində silinməz izlər buraxdığını dilə gətirib.

Görüş iştirakçıları tərəflər arasında gələcək əməkdaşlığın perspektivlərini müzakirə ediblər.

Görüşün sonunda İƏT baş katibi Şeyxülislam həzrətlərindən Azərbaycan prezidenti İlham Əliyevə öz səmimi salamlarını çatdırmasını xahiş edib.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax