Operativ Məlumat Mərkəzi

Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib - 24.12.2023

1 dəq
Paylaş:
Aleksandr Lukaşenko Azərbaycan Prezidentini təbrik edib - 24.12.2023

Belarus Respublikasının Prezidenti dekabrın 24-də Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Aleksandr Lukaşenko dövlətimizin başçısını ad günü münasibətilə təbrik edib, fəaliyyətində yeni uğurlar və cansağlığı arzulayıb.

Prezident İlham Əliyev göstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.

Azərbaycan və Belarus prezidentləri arasında ikitərəfli dostluq münasibətlərinin uğurlu inkişafından məmnunluqlarını bildirib, gələcəkdə əlaqələrimizin daha da genişlənəcəyinə əminliklərini ifadə ediblər.

Telefon söhbəti zamanı dövlət başçıları əməkdaşlığımızın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıblar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Xarici Siyasət

Hamısına bax