Operativ Məlumat Mərkəzi

AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

2 dəq
Paylaş:
AK Parti sədrinin müavini: "Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir"

“Seçici fəallığı demokratiyanın əsas təzahürlərindən biridir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini Numan Kurtulmuş “CNN Türk”ün efirində deyib.

Onun sözlərinə görə, Türkiyədə seçici fəallığı 80 faizdən çox idi: "Bu da kifayət qədər yüksək göstəricidir. Seçici fəallığının aşağı olmasına dair iddialar əsassızdır".

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs toplamadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi olacaq.

İlk turda R.T.Ərdoğan 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.

Parlament seçkilərində isə AK Parti qalib gəlib. Hakim partiya Böyük Millət Məclisindəki 600 yerindən 266-nı qazanıb.

İkinci yeri tutan müxalif Cümhuriyyət Xalq Partiyası 28-ci çağırış qanunverici orqanda 168 millət vəkili ilə təmsil olunacaq.

Yaşıl Sol Partiyası 62, Milliyyətçi Hərəkat Partiyası (MHP) 51, İYİ Parti 44, Yenidən Rifah Partiyası 5, Türkiyə İşçi Partiyası (TİP) 4 deputat yeri əldə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Region xəbərləri

Hamısına bax