Əsas məzmuna keç

Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gedib

Aİ-nin xüsusi nümayəndəsi Naxçıvana gedib

Avqustun 30-da Respublikasında Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrononun başçılıq etdiyi ilə görüşüb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in xəbərinə görə, səlahiyyətli nümayəndə bildirib ki, Ermənistanın uzun illər davam edən işğalçılıq siyasəti nəticəsində Naxçıvan Muxtar Respublikası ölkənin əsas hissəsindən ayrı düşüb və quru əlaqələri kəsilib.

Ötən illər ərzində işğal altında qalmış ərazilərdəki mövcud nəqliyyat infrastrukturu, o cümlədən dəmir yolu sistemi dağıdılıb. Bu baxımdan Ermənistanla münasibətlərin normallaşdırılması istiqamətində əldə edilmiş nəticələr bölgə üçün mühüm gələcək vəd edir.

Fuad Nəcəfli zəngin təbii resurslara malik olan Naxçıvanda alternativ enerji, logistika və turizm sektorlarında mühüm layihələrin icra olunduğunu diqqətə çatdıraraq müxtəlif sahələrdə böyük investisiya perspektivlərinin olduğunu vurğulayıb.

Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Maqdalena Qrono Vaşinqtonda Ermənistanla münasibətlərin normallaşdırılması, sülh gündəliyi ilə bağlı əldə edilmiş mühüm nəticələri yüksək qiymətləndirib. O, Naxçıvanın Avropa və Asiyanı birləşdirəcək mühüm strateji mövqeyinə toxunaraq bu perspektivdə geniş logistik-nəqliyyat layihələrinin icrasının region üçün strateji əhəmiyyətini diqqətə çatdırıb.

Görüşdə Avropa İttifaqının regional bağlantılara, habelə nəqliyyat dəhlizinin həyata keçirilməsi prosesinə dəstək verməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…