Avropa İttifaqının (Aİ) Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell, İsrailin humanitar yardımların ölkəyə girişinə qoyduğu məhdudiyyətləri pislədiyini bildirib və İsraili mövcud girişləri asanlaşdırmağa, bütün qapıları açmağa və humanitar dəhlizə icazə verməyə çağırıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Fevralın 29-da Qəzzada yardım gözləyən fələstinlilərə İsrailin hücumu ilə bağlı Borrell ofisindən verilən yazılı açıqlamada hadisənin işıqlandırılması üçün beynəlxalq araşdırma tələb olunub.
"Bu ciddi insident göstərir ki, humanitar yardımın ölkəyə girişinə qoyulan məhdudiyyətlər aclığa və xəstəliyə kömək edir, eyni zamanda, zorakılıq da gətirən çarəsizliyin səviyyəsini ortaya qoyur. Davamlı döyüşlər və beynəlxalq humanitar hüquqa məhəl qoyulmaması tamamilə çöküşlə nəticələnib. Bu, humanitar yardımın paylanmasını qeyri-mümkün edib və xaosa gətirib çıxaracaq”, - deyə məlumatda qeyd edilib.
Aİ İsrailin Qəzzaya humanitar yardımın daxil olmasına məhdudiyyət qoymasını pisləyir
Oxşar xəbərlər
Avropa xəbərləri
Avropa liderlərindən Ukraynaya güclü dəstək: yeni sülh prinsipləri razılaşdırıldı
Avropa xəbərləri
Tramp siyasəti daşınmaz əmlak kimi görür: Merkelin şərhi
Avropa xəbərləri
Avropa İttifaqı Rusiya ilə danışıqlar üçün nümayəndə müzakirə etmir
Avropa xəbərləri
Avropa Komissiyası Qərbi Balkan ölkələrinə 500 milyon avro ayırır
Eyni mövzuda
Avropa xəbərləri
İran münaqişəsi Avropaya yeni miqrant axınına səbəb olacaqmı?
Avropa xəbərləri
Politico: Aİ ABŞ-siz yeni təhlükəsizlik alyansı qurmağı planlaşdırır
Avropa xəbərləri
"Venesuelada saxlanılan bütün siyasi məhbuslar azadlığa buraxılmalıdır"
Avropa xəbərləri
KİV: ABŞ və Ukrayna Berlində çətin danışıqlar aparıblar
Daha çox: Avropa xəbərləri
Avropa xəbərləri
Mark Rutte Ukraynaya səfər edib
Hərbi Siyasət
Böyük Britaniya Estoniyaya “Challenger 2” tanklarını yerləşdirib
Avropa xəbərləri
NATO Avropanın şərq cinahındakı hərbi mövcudluğunu artırmağı planlaşdırır
Avropa xəbərləri