Operativ Məlumat Mərkəzi

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

1 dəq
Paylaş:
Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

DİN-in xidmətinin Şəki qrupundan "Operativ Məlumat Mərkəzi-OMM" məlumata görə, Ağsu Rayon Şöbəsinin Dövlət Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə “Toyota” markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib.

F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax