Operativ Məlumat Mərkəzi

Ağdərədə dağlıq ərazidə yanğın olub - 16.03.2025

1 dəq
Paylaş:
Ağdərədə dağlıq ərazidə yanğın olub - 16.03.2025

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Ağdərə rayonu, və Çapar kəndləri istiqamətində relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax