Əsas məzmuna keç

Ağdərədə dağlıq ərazidə yanğın olub - 16.03.2025

Ağdərədə dağlıq ərazidə yanğın olub - 16.03.2025

yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb....

Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə Ağdərə rayonu, və Çapar kəndləri istiqamətində relyefli ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub və FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, yanğınsöndürənlər tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən söndürülüb.

Yanğın nəticəsində 80 ha sahədə quru ot və xəzəl, 40 ədəd qurumuş ağac yanıb.

Sıx meşəlik ərazi yanğından mühafizə olunub.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…