Operativ Məlumat Mərkəzi

Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər saxlanılıb

2 dəq
Paylaş:
Ağdaşda oğurluq və narkotik cinayətlərinə görə 7 nəfər saxlanılıb

Ağdaşda xırdabuynuzlu heyvanların örüş sahəsindən naməlum şəxslər tərəfindən oğurlanması barədə rayon şöbəsinə məlumat daxil olub.

DİN-in Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, həyata keçirilən tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, də məhkum olunmuş 34 Elcan Musayev və 29 yaşlı Araz Mansırov saxlanılıb.

Onlar oğurladıqları heyvanları Bakı şəhərinə apararaq orada restoranlardan birinə satdıqlarını bildiriblər. Araşdırmalarla E.Musayevin Gədəbəy rayonunda törətdiyi analoji əməlinə görə axtarışda olduğu müəyyən edilib.

Polis əməkdaşlarının rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdikləri nəticəsində isə 5 nəfər - Aqşin Əzizov, Hafiz Paşayev, Namiq Abidov, Tərlan Mikayılov və Müşviq İbrahimov saxlanılıb. Onlardan çəkisi 2 kiloqrama yaxın marixuana aşkarlanıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Kriminal

Hamısına bax