Operativ Məlumat Mərkəzi

Ağdaşda evdə yanğın olub - VİDEO

1 dəq
Paylaş:
Ağdaşda evdə yanğın olub - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Ağdaş rayonunun Qarağan Sədi kəndində fərdi evində yanğın baş verməsi barədə məlumat daxil olub.

FHN xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildiriblər ki, məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin Ağdaş rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində qiymətləndirilərkən yanğının vətəndaşa məxsus birmərtəbəli, dörd otaqdan ibarət fərdi yaşayış evində baş verdiyi müəyyən edilib.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 96 olan dördotaqlı evin 1 otağının yanar konstruksiyaları və dam örtüyü 32 kvadratmetr sahədə yanıb.

Evin böyük hissəsi yanğından mühafizə olunub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax