Əsas məzmuna keç

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salınıb

bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə...

İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə “Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, rayonunun yenidən Kəngərli kəndinə respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu mərhələdə Ağdam rayonunun yenidən qurulan Kəngərli kəndinə 50 ailə - 207 nəfər köçürülüb.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…