Operativ Məlumat Mərkəzi

Ağdamda məktəbin açılışı olub

1 dəq
Paylaş:
Ağdamda məktəbin açılışı olub

Sentyabrın 7-də Ağdam rayonu Baharlı – 1 qəsəbə tam üçün yeni inşa olunan tədris binasının mərasimi keçirilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Elm və Təhsil Nazirliyindən bildirilib.

Qeyd edilib ki, açılış mərasimində Elm və Təhsil Nazirliyinin Ümumi və məktəbəqədər təhsilin təşkili və idarəolunması şöbəsinin Elnur , Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov, Regional Təhsil İdarəsinin müdiri Gündüz Əbdülov iştirak ediblər.

Məlumat verilib ki, 432 şagird yerlik məktəbdə 16 sinif otağı, kimya, biologiya, fizika laboratoriyaları, texnologiya otaqları, hərbi hazırlıq, informatika kabinetləri, idman və akt zalları, kitabxana, yeməkxana, STEAM və inzibati otaqlar yaradılıb. Bina istilik, elektrik, müşahidə, havalandırma və yanğından mühafizə sistemləri ilə təchiz edilib.

Açılış mərasimində tədbir iştirakçıları məktəbdə yaradılmış şəraitlə tanış olublar.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Elm və təhsil

Hamısına bax