Operativ Məlumat Mərkəzi

Ağdaban faciəsindən 33 il ötür

2 dəq
Paylaş:
Ağdaban faciəsindən 33 il ötür

Ermənilərin rayonunun kəndində azərbaycanlılara qarşı qırğın törətməsindən 33 il ötür.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, 1992-ci il aprelin 7-dən 8-nə keçən gecə Silahlı Qüvvələri və Qarabağdakı erməni hərbi birləşmələri Ağdaban sakinlərinə qarşı vəhşiliklər törədib. 130 evdən ibarət olan kəndin işğalı zamanı, evlərin hamısı yandırılıb, 779 dinc sakinə divan tutulub. 32 sakin müxtəlif işgəncələrlə qətlə yetirilib. 8 qoca, 2 uşaq, 7 qadın diri-diri yandırılıb, 9 nəfərə ağır bədən xəsarəti yetirilib, 5 nəfər girov götürülüb.

Kəndin işğalı zamanı ermənilər tərəfindən tarixi-memarlıq və mədəniyyət abidələri dağıdılıb, Türk-İslam dövrünə aid ziyarətgah və məzarlıq məhv edilib. Azərbaycanın aşıq şeirinin ustadı Aşıq Qurbanın və oğlu Aşıq Şəmşirin əlyazmaları, o cümlədən də ev muzeyi yandırılıb.

Qeyd edək ki, Ağdaban kəndi Kəlbəcər rayonunda, rayon mərkəzindən 56 km -şərqdə yerləşir.

Bu gün Ağdaban sakinləri doğma torpaqlarındadır.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax