Operativ Məlumat Mərkəzi

Ağcabədidə pendir sexində yoxlama keçirilib

2 dəq
Paylaş:
Ağcabədidə pendir sexində yoxlama keçirilib

Ağcabədidə pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM" Qida Təhlükəsizliyi Agentliyindən məlumat verilib.

Belə ki, agentliyin müfəttişləri Ağcabədi rayonu, Hacıbədəlli kəndində şəxs Abışov Hümmət Xəlil oğluna məxsus pendir sexində yoxlama keçirib.

Baxış zamanı müəssisədə gigiyena qaydalarına və qida təhlükəsizliyi tələblərinə əməl edilmədiyi, həmçinin sanitar-texniki və sanitariya-gigiyenik vəziyyətin qüvvədə olan normativlərə cavab vermədiyi müşahidə olunub. Müəssisədə texnoloji ardıcıllığa və temperatur rejiminə əməl edilmədiyi, işçi heyətin sahə ilə təchiz edilmədiyi, pəncərələrin toz və həşəratlara qarşı qoruyucu torla təmin olunmadığı, müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar məlum olub.

Aşkarlanan nöqsanlarla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, pendir sexinin fəaliyyəti məhdudlaşdırılıb və icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Sosial

Hamısına bax