Əsas məzmuna keç

Ağcabədidə 47 min manatlıq kabel oğurlanıb, 2 nəfər tutulub

Ağcabədidə 47 min manatlıq kabel oğurlanıb, 2 nəfər tutulub

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kənd təsərrüfatında istifadə edilən qurğuların...

Polis Ağcabədidə 47 dəyərində kabel oğurlayan 2 nəfəri saxlayıb

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində kənd təsərrüfatında istifadə edilən qurğuların elektrik kabelini oğurlayaraq külli miqdarda ziyan vuran şəxslər tutulublar.

Avqustun 20-dən 24-dək olan müddətdə rayonun Salmanbəyli kəndi ərazisində şirkətlərdən birinə məxsus pivot suvarma qurğusunun 47 min manat dəyərində kabellərin oğurlanması barəsində polisə məlumat daxil olub.

tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən 1995-ci il təvəllüdlü Cavanşir Əzizov və 1988-ci il təvəllüdlü Dilqəm Hüseynov saxlanılıblar.

zamanı C.Əzizovun Ağcabədi rayonunun Avşar kəndi ərazisində yerləşən başqa bir suvarma qurğusundan 600 metr uzunluğunda kabel oğurlaması da müəyyən edilib.

Onların bu hərəkətləri nəticəsində sahələrin suvarılması dayanıb, təsərrüfat subyektlərinə və fermerlərə ciddi maddi ziyan dəyib.

Faktla bağlı başlanılıb, adıçəkilənlər barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…