Əsas məzmuna keç

ADY Qarabağa sərnişin qatarlarının buraxılması məsələsinə aydınlıq gətirib

ADY Qarabağa sərnişin qatarlarının buraxılması məsələsinə aydınlıq gətirib

"Bizdən çox soruşulur ki, nə vaxt Qarabağa sərnişin qatarlarını buraxa biləcəyik. Cavab odur ki, həm Bərdə-Ağdam, həm də Horadiz-Ağbənd layihələrinin daha hissələri əsaslı təmir olunmalıdır ki, biz ora təhlükəsiz şəkildə yüksək sürətlə sərnişin qatarlarını buraxa bilək".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu “ Dəmir Yolları” QSC (ADY) sədrinin müşaviri, Tikinti layihələrinin idarə olunması departamentinin rəisi Abbaslı Milli Biznesin İnkişafı Forumunda bildirib.

“Bunun üçün həm də Osmanlı-İmişli-Horadiz dəmir yolu və Yevlax-Bərdə dəmir yolu xətti bərpa olunmalıdır. Çünki digər xətlər təmir edilsə də, bu xətlərin vəziyyəti bizə ora sürətli qatar buraxmağa imkan vermir. Bunların layihələri hazırdır. Vəsait ayrılacağı təqdirdə onların tikintisinə davam edəcəyik”, - Tural Abbaslı qeyd edib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…