Operativ Məlumat Mərkəzi

Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib

1 dəq
Paylaş:
Abşeronda ətraf mühiti çirkləndirən mebel sexinin sahibi cərimə edilib

rayonu qəsəbəsində ətraf mühiti məişət tullantıları ilə mebel sexinin sahibi cərimə edilib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə Daxili İşlər Nazirliyinin xidmətindən məlumat verilib.

Abşeron Rayon Polis İdarəsi və ETSN-nin Regional İdarəsinin əməkdaşları ətraf mühitin mühafizəsinin gücləndirilməsi və sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması istiqamətində keçirdikləri növbəti tədbir zamanı Ceyranbatan qəsəbəsində mebel sexlərindən birində məişət tullantılarının qalaqlanması faktı aşkar edilib.

Faktla bağlı qeyd olunan qayda pozuntusuna yol verən obyektin sahibi barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub. Abşeron rayonunda qeyd edilən faktların aşkar edilməsi istiqamətdə tədbirlər davam etdirilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax