Operativ Məlumat Mərkəzi

Abşeronda axtarışda olan 35 nəfər tutulub

2 dəq
Paylaş:
Abşeronda axtarışda olan 35 nəfər tutulub

Rayon İdarəsinin və ərazi üzrə Saray, Mehdiabad və Qobu Polis Bölmələrinin əməkdaşları hüquqpozmalara qarşı növbəti tədbirlər keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, tədbirlər zamanı narkotik maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 9 fakt aşkarlanıb.

Mülkiyyət əleyhinə və digər səbəblərdən axtarışda olan 35 nəfər saxlanılıb, "isti izlərlə" 27 cinayətin üstü açılıb.

Qanunsuz küçə ticarəti bağlı, avaralıq və dilənçiliklə bağlı 124, xırda xuliqanlıq və xırda talama hadisələri əlaqədar 68 fakt aşkarlanıb.

Həmçinin, Abşeron rayonunda aparılan profilaktik tədbirlərlə vətəndaşlarda olan bir neçə odlu silah, sursatlar könüllü polisə təhvil verilib.

Abşeron RPİ DYPŞ-nin əməkdaşlarının keçirdikləri tədbirlər zamanı spirtli içki və narkotikin təsiri altında avtomobil idarə edən 3, vasitəsinin konstruksiyasında dəyişiklik edən 23, eləcə də dayanma-durma qaydalarını pozan sürücülər barəsində də inzibati tənbeh tədbirləri görülüb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Hadisə

Hamısına bax